Tezliklə şad xəbərlər eşidə bilərsiniz – Mirzoyan

“Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması İrəvan üçün çox vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Yaxın zamanda Tehranda Türkiyənin xarici işlər naziri ilə görüşdüm, bundan əvvəlki nazirlə də görüş keçirdim. İki ölkə arasında münasibətlərin normallaşması istiqamətində proses gedir, danışıqlar aparılır. Dövlətlərarası quru sərhədlərinin xüsusi bir qrup insan üçün açılması ilə bağlı yaxşı xəbərlər eşidə bilərsiniz. Ermənistan qonşuları ilə əlaqələrdə maraqlıdır”, – Mirzoyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az