mirsahin bdu

Bu günlərdə 60 yaşını qeyd edən tanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin Ağayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, tələbələrlə görüşərək jurnalistikanın sirlərini bölüşüb.

Görüş zamanı tələbələrə onun müəllifi olduğu “Mir Şahinin vaxtı” verilişindən videolar da təqdim edilib.

Görüşdə Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor, görkəmli jurnalist Cahangir Məmmədli də iştirak edib.

Qeyd edək ki, Mir Şahin Ağayevin 60 yaşı tamam olması münasibətilə Prezident İlham Əliyev onu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

2
3
4
5
MyCollages 2023 11 30T162321.111

Paylaş: