putin 3 900x506 1

Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsində dövlət rüsumlarının bir neçə dəfə artırılmasını nəzərdə tutan qanunu imzalayıb.

Globalinfo.az xəbər verir ki, yeni qanuna əsasən, Rusiya vətəndaşlığının qəbulu və vətəndaşlıqdan çıxış üçün dövlət rüsumu 4 200-dən 50 min rubla (təxminən 1090 manat) qaldırılıb.

Yaşayış icazəsinin verilməsi üçün rüsum 6 min-dən 30 min rubla (654 manat) yüksəldilib. Yaşayış icazəsinin dəyişdirilməsi üçün isə 6 min rubl (131 manat) dövlət rüsumu müəyyən edilib. Müvəqqəti yaşamaq icazəsinin itirilməsi, korlanması, oğurlanması və ya şəxsiyyəti təsdiq edən sənədin dəyişdirilməsi ilə əlaqədar yenidən verilməsi üçün rüsum 5 min rubl (109 manat) olacaq.

Rusiyaya giriş üçün dəvət sənədinin rəsmiləşdirilməsi rüsumu hər dəvət olunan şəxs üçün 960-dan 8 min rubla (174 manat) çatdırılıb.

Qanundakı dəyişikliklərə əsasən, Rusiyaya giriş və çıxış vizalarının rüsumu 1 200 rubldan 2 min rubla (44 manat) yüksəldilib. Çoxdəfəli giriş-çıxış vizası üçün bu məbləğ 1 920 rubldan 6 min rubla (131 manat) çatdırılıb.

Müvəqqəti yaşamaq icazəsinin verilməsi üçün dövlət rüsumu 1 920-dən 15 min rubla (327 manat) qaldırılıb.
Təhsil almaq məqsədilə ölkəyə giriş üçün rüsum 1 920 rubldan 8 min rubla (174 manat) artırılıb.

Xarici işçilərin cəlb edilməsinə icazə üçün dövlət rüsumu isə 12 min rubldan 15 min rubla (327 manat) yüksəldilib.
Bununla yanaşı, qanuna əsasən, Rusiya Prezidentinin fərmanı ilə ölkə üçün maraq kəsb edən hesab edilən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, eləcə də onların ailə üzvləri müvəqqəti yaşamaq və yaşayış icazəsi üçün dövlət rüsumundan azad olunacaqlar. Bu kateqoriyaya elm, mədəniyyət və digər sahələr üzrə mütəxəssislər daxildir.
Həmçinin, Ukraynaya qarşı müharibə dövründə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan şəxslər üçün Rusiya vətəndaşlığının verilməsi ödənişsiz olacaq.

Əliyar Xəlil

Globalinfo.az 

Paylaş: