MiQ təyyarələri istehsal edən zavod yanır – VİDEO

Rusiya paytaxtında MiQ təyyarələri istehsal edən zavod yanır.

Globalinfo.az bildirir ki, ilkin məlumata görə, yanğın zavodun mövcud binasına bitişik rekonstruksiya sexində baş verib.

Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası göndərilib. Yanğının zavodun digər binalarına keçməsi təhlükəsi var.

Hadisənin səbəbi məlum deyil.