Minsk Qrupu və digər strukturlar ləğv edilməlidir – Ceyhun Bayramov

67d84bc4090e067d84bc4090e1174222841067d84bc4090dd67d84bc4090de

ATƏT-in Minsk Qrupunun ləğvi vacibdir.

Globalinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov müsəlman ölkələrinin səfirləri üçün Bakıda təşkil edilmiş iftar tədbirində çıxış edərkən deyib.

Post-münaqişə dövründə baş verən proseslər barədə danışan nazir çıxışı zamanı Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib. Bununla yanaşı, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq düzəlişin edilməsi tələbimiz bir daha vurğulanıb. Bu xüsusda, ATƏT-in artıq aktual olmayan Minsk Qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb.