suriyeliler emevi meydanina akin etti 15 yillik deniz ve sahilde gezme hasretine son verildi fwpv

Suriyalılar paytaxt Dəməşqin simvolu olan Əməvilər məscidində cümə namazı qılıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, minlərlə insanın iştirak etdiyi namazdan sonra xalq şəhərin simvolu olan Əməvilər meydanına yollanıb. Suriya xalqı yeni üç ulduzlu ölkə bayrağı ilə öz sevincini nümayiş etdirib. Eyni zamanda Əməvi məscidində Türkiyə bayrağı da qaldırılıb.

“Əsəd getdi, biz çox xoşbəxtik. Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çox təşəkkür edirəm. Yaşasın Türkiyə!”, – deyə suriyalı qadın vurğulayıb.

Bayram şənlikləri dronlar vasitəsilə havadan görüntülənib.

Müşviq Tofiqoğlu

Globalinfo.az

Paylaş: