32d71c7a b8e8 4c4a bfc6 b4a1479bbeb8

Tehranda minlərlə insan yeni dini lider Müctəba Xameneiyə dəstək məqsədilə yürüşə çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Yürüş eyni zamanda İmam Rzanın mövlud günü münasibətilə təşkil olunub.

“Aksiyaya on minlərlə şəhər sakini qatılıb. Onlar əllərində dövlət bayraqları və dini rəmzlər daşıyaraq yeni liderə sədaqət, həmçinin ABŞ və İsrail əleyhinə kəskin şüarlar səsləndiriblər.

Yürüşdə ABŞ Prezidenti Donald Trampın karikaturalarının əks olunduğu plakatlar nümayiş etdirilib.

Həmçinin prospekt boyunca İranın hərbi gücünü simvolizə edən raket maketləri də göstərilib”, – deyə bildirilib.

Safura Bənnayeva
Globalinfo.az  

Paylaş: