Türk ölkəsində fəlakət yaşana bilər: minlərlə insan təhlükədə

“Qazaxıstanda baş verən daşqınlar səbəbindən 8,8 mindən çox insan təxliyə məntəqələrində qalıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Askar Şarip məlumat yayıb.

Təxliyə məntəqələrindən 22 734 nəfər evlərinə qayıdıb:

“Təxliyyə mərkəzlərində 8 809 nəfər qalıb ki, onlardan 3 828 nəfəri uşaqdır. 4 536 yaşayış binasından və 2 767 həyətyanı sahədən su çəkilib”, – deyə o, bildirib.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi qeyd edib ki, Qərbi Qazaxıstan və Atırau vilayətlərində Jaiyk (Ural) çayının məcrasında suyun səviyyəsi xüsusi nəzarətdə saxlanılır və burada ikinci daşqın dalğası baş verə bilər. Bu rayonlarda bəndlərin inşası və möhkəmləndirilməsi istiqamətində işlər aparılır.