FotoJet 2022 12 08T201216.701

Gəncədə yol qəzası olub.

Globalinfo.a  APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə daha sonra çörək bişirmə sexinə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, minik maşınına və çörək sexinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

639208a4e2c86639208a4e2c871670514852c046b66ff5e90c2f8f76c099c69640a9

Paylaş: