Mingəçevirdə piyada keçidində avtomobillə vurulan şəxslərin adları bəlli olub.
Globalinfo.az “Unikal”a istinadla xəbər verir ki, onlar 19 yaşlı Yelena Yaqubova və 19 yaşlı Nərmin Muxtarzadədir.
***20:41
Mingəçevirdə maşın iki piyadanı vurub.
Globalinfo.az Unikal-a istinadla xəbər verir ki, “Ford tranzit” markalı avtomobil eyni anda yolu keçmək istəyən iki piyadanı vurub. Müxtəlif bədən xəsarəti alan piyadalar xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.