Dostunu tir tüfəngi ilə belə öldürüb – YENİLƏNDİ+VİDEO

Şəxsin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Mingəçevir şəhər prokurorluğundan bildirilib ki, fevralın 10-da, saat 22 radələrində Mingəçevir şəhəri ərazisində 1983-cü il təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1983-cü il təvəllüdlü Sadiq Yusifovun şəhərin Günəşli Bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Aqil Əhmədova tir silahından açdığı atəş nəticəsində sonuncunun almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

***

Mingəçevirdə baş verən qətlin təfərrüatı məlum olub.

Globalinfo.az xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivində qeydə alınıb.

Mərhumun qohumunun sözlərinə görə, qətl zarafat üstündə törədilib.

“Cinayəti edən öz dostudur, İçində güllə olduğunu bilməyiblər”.

Qeyd edək ki, ötən gün saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.

Ətraflı Baku TV-nin süjetində: