Mingəçevirdə elektrik enerjisinin verilişi bərpa edildi – VİDEO

Mingəçevirdə ağacın aşması ilə qırılan elektrik xətti tam bərpa edilib.

Bu barədə Globalinfo.az-a “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan fasilə tam bərpa edilib.

***

Mingəçevirdə güclü külək səbəbindən irigövdəli ağac elektrik xəttinin üzərinə aşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib.

O bildirib ki, Mingəçevir şəhərində müşahidə edilən kəskin hava şəraiti səbəbindən iki küçəni elektrik enerjisi ilə təmin edən xətt qırılıb:

“10 kv-luq elektrik xəttinin üzərinə irigövdəli ağac aşıb. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb. Hazırda qurumun qəza xidmətinin əməkdaşları ərazidə zəruri tədbirlər görürlər. Bəzi xətlər artıq bərpa edilib. Qalan kiçik hissə isə qısa zaman ərzində bərpa ediləcək, elektrik enerjisinin verilişi bərpa ediləcək”.