mmy

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***13:02

Bakı şəhəri, Binəqədi rayonunda, “Milyonerlər məhəlləsi” adlanan ərazidəki köhnə fabrikdə yanğın başlayıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə metronun “Nəsimi” stansiyası yaxınlığında qeydə alınıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi istiqamətində işlər görürlər.

Hadisə yerindən görüntünü təqdim edirik:

Посмотреть эту публикацию в Instagram

Публикация от Oxu.Az (@oxuaz)

Paylaş: