Milyarderlər bir-birilərini qəfəs döyüşünə çağırdılar

Amerikalı milyarder İlon Mask və “Meta” şirkətinin sahibi Mark Zukerberq qəfəs döyüşü söhbəti ilə gündəmə gəliblər.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Mask sahibi olduğu “Twitter” platforması vasitəsilə Zukerberqlə qəfəs döyüşünə hazır olduğunu bildirib.

“Mənim “morj” adlandırdığım əla hərəkətim var, orada rəqibimin üstünə uzanıb heç nə etmirəm. Uşaqlarımı havaya atmaqdan başqa heç bir idmanla məşğul olmuram”, – Mask digər tvitində yazıb.

Zukerberq isə Maskın tvitinin ekran görüntüsünü “Mənə yer göndər” şərhi ilə paylaşıb. Ardınca Zukerberqin mesajına Mask “Vegas Octagon” cavabını verib.

Qeyd edək ki, “Vegas Octagon” “Ultimate Fighting Championship” (UFC) qarşılaşması üçün istifadə olunan rinqdir. Rinq Las Veqasda yerləşir.