IMG 20241120 001514 493

Azərbaycan millisi İsveçə 6-0 uduzdu.

***

70-ci dəqiqədə Gökereş poker edir – 6:0.

***

58-ci dəqiqədə Gökereş het-trik etdi – 5:0.

***

57-ci dəqiqədə Kulusevski də dubl etdi – 4:0.

***

İkinci hissə başladı.

***

İlk hissə İsveçin 3:0 hesablı üstünlüyü ilə başa çatdı.

***

Gökereş 37-ci dəqiqədə özünün ikinci komandasının üçüncü qolunu vurdu: 3-0.

***

26-cı dəqiqədə Gökereş ikinci topu qapımızdan keçirdi: 2-0.

***

Kulusevski matçın 11-ci dəqiqəsində hesabı açdı: 1-0.

***

İsveç – Azərbaycan qarşılaşması start götürdü.

Canlı yayımı təqdim edirik:

***

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Globalinfo.az xəbər verir ki, millimiz VI turda İsveçin qonağı olacaq.

Solna şəhərindəki “Strouberri Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Komandaların start heyətləri açıqlanıb:

İsveç: Conasson, Strafelt, Auqustinsson, Sema, Ayari, Karlström, Kulusevski, Saletros, Nanasi, Gökereş, İsak.

Azərbaycan: 23. Rza Cəfərov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5.Bədavi Hüseynov, 20. Aleksey İsayev, 7. Coşqun Diniyev, 6. Ozan Can Kökçü, 17. Toral Bayramov, 15. Anton Krivotsyuk, 9. Nəriman Axundzadə, 10. Mahir Emreli

UEFA Millətlər Liqası
C liqası, VI tur
19 noyabr

23:45. Azərbaycan – İsveç

Baş hakim: Pavel Raçkovski (Polşa)

“Strouberri Arena”

Bu yığmalar arasındakı ilk oyun millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 5 turdan sonra 1 xalı olan Azərbaycan yığması qrupda sonuncu, İsveç isə 13 xalla birincidir.

Paylaş: