Millimizin futbolçusu “Fənərbağça”ya qarşı oynayacaq

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” Türkiyə Super Liqasında bu gün “Fənərbağça”nın qonağı olacaq.

Globalinfo.az xəbər verir ki, matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, İstanbul təmsilçisi hazırda bir oyun az keçirməklə 24 xalla ikinci, “Hatayspor” isə 14 xalla beşinci pillədə qərarlaşıb.