AVRO-2024: Azərbaycan millisi məğlub oldu

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan Belçikanın qonağı olub. 

Globalinfo.az xəbər verir ki, millimiz səfəri məğlubiyyətlə başa vurub.

Meydan sahibləri 5:0 hesabı ilə qalib gəliblər.

***

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda ikinci hissə başlayıb. 

Globalinfo.az xəbər verir ki, meydan sahibləri hazırda 4:0 hesabı ilə öndədirlər.

***

Belçika komandasının heyətində Romelu Lukaku 37-ci dəqiqədə fərqlənib, özünün və komandasının 4-cü qolunu vurub. 

Globalinfo.az xəbər verir ki, hazırda hesab birinci hissə üçün 4:0 -dır.

***

Belçika oyunda hesabı açdı.

Globalinfo.az Lukaku, 17-ci dəqiqədə fərqlənib.

***

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirir.

Globalinfo.az millimizin Belçika millisi ilə qarşılaşmasını canlı olaraq təqdim edir:

***

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Globalinfo.az xəbər verir ki, komandamız səfərdə Belçika yığması ilə üz-üzə gələcək.

“Kinq Baudouin” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.