UEFA Millətlər Liqasının C Divizionunun ilk turunda Bakıda üz-üzə gələcək Azərbaycan və İsveç yığmalarının start heyətləri açıqlanıb.
Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaq:
Azərbaycan: Mehdi Cənnətov, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Emin Mahmudov, Aleksey İsayev, Coşqun Diniyev, Ramil Şeydayev, Renat Dadaşov, Toral Bayramov
Baş məşqçi: Fernandu Santuş
İsveç: Viktor Yohansson, Lüdviq Aqustinson, Aleks Duqlas, İsak Hin, Linus Valkvist, Yasin Ayari, Mattias Svanberq, Antoni Elanqa, Deyan Kulusevski, Viktor Dyökereş, Aleksandr İsak
Baş məşqçi: Yon Dal Tomasson
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
***
UEFA Millətlər Liqasında İsveç yığması ilə qarşılan millimiz 1:3 hesabı ilə məğlub olub.
C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün 65-ci dəqiqəsində hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Daha sonra İsveç millisində Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı artırıb. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.