Milli Qəhrəmanımızın oğlundan təsirli sözlər…

Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atasının doğum ilə bağlı təsirli paylaşım edib.

Globalinfo.az şəhid övladının atası haqqında yazdığı statusu təqdim edir:

“Canım Atam! Bu gün 51 yaşın tamam oldu. Ancaq heyf, biz artıq 4 ildir ki, ad günlərini sənsiz qeyd edirik. Şəkillərinə baxıram, deyirəm, görəsən, 51 yaşında necə görünərdin? Saçın çox ağarardı? Üzündəki qırışlar daha da kəskin görünərdimi? Yoxsa elə 47 yaşda olduğu kimi qalardın? Heyf bilməyəcəyik, çox heyf. Axı biz necə razı ola bilirik bu hala? Necə səni hər ziyarət etdikdən sonra tək buraxıb gələ bilirik evə. Axı çox vaxt görüşəndə sən də bizimlə gələrdin evə. Artıq 4 ildir ki, nə özün varsan, nə səsin. Ad günün mübarək, Qəhrəman atam! Səni çox istəyirik. Sən bizim ailənin, Azərbaycanın, millətin fəxrisən. İllər ötəcək, biz yox olub gedəcəyik, amma sənin kimi adını şanlı tarixə yazdırmış Qəhrəman Vətən Övladları, heç vaxt unudulmayacaq və heç vaxt yaddan çıxmayacaq!”

Zaira Akifqızı
Globalinfo.az