56376719 7068 3924 b451 3a360f44c31e 850

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə Müdafiə Nazirliyinin bir qrup zabit heyəti, Vətən müharibəsi iştirakçıları və Milli Qəhrəmanın ailə üzvləri yanvarın 2-də onun məzarını ziyarət ediblər.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olan Polad Həşimov Sumqayıt şəhərində orta təhsil alıb. Sonra o, indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi təyinatlı təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib.

Polad Həşimov döyüş bölgələrində Vətənimizin müdafiəsi uğrunda ona həvalə edilmiş əmr və tapşırıqları layiqincə yerinə yetirərək “general-mayor” ali hərbi rütbəsinədək yüksəlib.

2016-cı ilin Aprel döyüşlərində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamına əsasən Polad Həşimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 2019-cu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi verilmişdir.

General-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixdə Tovuz rayonunun qarşısında yerləşən düşmənin hücum cəhdlərinin və təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra general-mayor P.Həşimov “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından milli qəhrəmanın məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.

92a8a90e f1c6 37f6 a24a 1b4d4f827d76 668bc2cd 4506 39af a041 5937ed9be212 afdb7951 3bb3 323a b738 af4e1aebdc04

Paylaş: