Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salındı

 

8 sentyabr Milli Musiqi Gününə həsr olunan bütün  təxirə salınıb.

Bu barədə Globalinfo.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Musiqi Günü çərçivəsində keçiriləcək festivalın proqramında olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır.

“Həmçinin, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır. Allah şəhidlərimizə rəhmət eləsin!”, – məlumatda vurğulanır.