Milli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirilir – FOTOLAR

Milli Mətbuatın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, konfransda Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, Mətbuat Şurasının sədri Rəşad Məcid, Audiovizual Şuranın sədri İsmət Səttarov və bir çox media nümayəndələri iştirak edirlər.

Açılış nitqi ilə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, builki konfrans həm də Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf edir. O, çıxışı zamanı Heydər Əliyevin mediaya diqqət və qayğısından danışıb. Rəşad Məcid çıxışı zamanı həmçinin Azərbaycan mediasının keçdiyi bugünkü inkişaf yolundan bəhs edib.

Daha sonra çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli “Media haqqında” qanunun qəbulundan sonra görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanın bütün ciddi media qurumları artıq öz məlumatlarını reyestrə daxil edib və bu proses yekunlaşıb.

Daha sonra çıxış edən Audiovizual Şuranın sədri İsmət Səttarov da Milli Mətbuat Günü münasibətilə mətbuat işçilərini təbrik edib. O, bildirib ki, XIX əsrdə “Əkinçi”nin çapı ilə möhkəm təməllər üzərində bünövrəsi qoyulan Azərbaycan mətbuatı, XXI əsrdə də öz missiyasını uğurla davam etdirir:

“Bu missiya ilk növbədə maarifçilikdir, vətənpərvərlikdir. Azərbaycan dilinin saflığı və təmizliyini qoruyan, söz və ifadə azadlığı, təhsil və maarifləndirmə, qadın azadlığı ideyasını təbliğ edən, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edən mətbuatımızın əsas məsələsi milli kimliyimizin qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsi olub”.

O əlavə edib ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra, zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün də yeni dövr başlayıb.

“Mediamızın bu dövrü məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də, bu gün mediaya doğma münasibət sərgiləyir. Məhz dövlət başçısı İlham Əliyevin diqqəti nəticəsində mediaya dəstək sistem halına gəlib”, – deyə o çıxışı zamanı qeyd edib.

Milli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirilir - FOTO

Milli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirilir - FOTO

Milli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirilir - FOTO Milli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirilir - FOTO Milli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirilir - FOTO Milli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirilir - FOTO