Milli Məclisin növbəti iclasları bu tarixlərdə keçiriləcək

Noyabrın 21-22-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclasları keçiriləcək.

Globalinfo.az bildirir ki, toplantılarda gələn ilin dövlət büdcəsi zərfi ikinci oxunuşda müzakirə olunacaq.

İclasların gündəliyi yaxın vaxtlarda deputatlara paylanılacaq.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinin ilk oxunuşda müzakirəsi başa çatıb.