meclis 1

Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilib.

Globalinfo.az bildirir ki, iclasda 30-a yazın xarici ölkənin parlamentinin, o cümlədən Ərəb Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk PA və Parlamentlərarası İttifaqın nümayəndə heyətlərinin üzvləri iştirak edib.

Xüsusi iclasına 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri qatılıb.

İclasda ümumilikdə 228 xarici nümayəndə iştirak edib.

***11:03

Milli Məclisin xüsusi iclası başlayıb.

Globalinfo.az bildirir ki, Sahibə Qafarovanın sədrlik etdiyi iclas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Toplantıda 12 ölkənin parlament sədri, 10 ölkənin parlament sədrinin müavini, 6 ölkənin parlament üzvləri, beynəlxalq parlament təşkilatlarından isə 4 nümayəndə iştirak edir.

Tədbir iştirakçıları ilk olaraq parlamentin foyesində Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən sərgiyə baxış keçiriblər.

Paylaş: