Milli Məclisdə yeni sektor müdiri təyin edilib.
Globalinfo.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, parlament aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin Təhlil və analitika sektoruna yeni müdir təyin olunub.
Bu vəzifəyə Rüfət Çingiz oğlu Ələkpərov gətirilib.
Qeyd edək ki, Rüfət Ələkpərov 1986-cı ildə anadan olub, hazırda dövlət qulluğunun baş müşaviridir.