Milli Məclisdə konfrans keçirildi – YENİLƏNİB

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusunda konfrans keçirilib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, konfransa millət vəkilləri, Yeni Kaledoniyanın ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri iştirak edib.

Yeni Kaledoniya Senatının üzvü Moris Vimian bildirib ki, Fransa hökuməti kanak xalqına və Yeni Kaledoniyaya qarşı taktikasını dəyişib.

“Fransa bu gün taktikasını dəyişib. Bu gün Yeni Kaledoniyada bir sıra siyasi institutlar kanak xalqı tərəfindən idarə olunur. Məhz bu səbəbdən də rəsmi Paris ölkədəki bu sahədəki siyasətinə də dəyişikliklər etmək istəyir. Fransa hakimiyyətinin əsas maraqları bu prosesin yekunlaşması üzərində qurulub”.

Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin isə Azərbaycana müstəqillik mübarizəmizdə kanak xalqının yanında olduğu üçün minnətdarlığını bildirib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib ki, Azərbaycan öz xarici siyasət xəttində müasir müstəmləkəçilik əleyhinə hərəkatın önündə getmək kursunu götürüb.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın parlaq qələbəsi istər qlobal, istər regional, istərsə də tarixi baxımdan Qarabağda son 200 il ərzində qurulan geosiyasi monopoliyanı, məğlubiyyət status-kvosunun iflasına səbəb olub.

Z. Oruc əlavə edib ki, rəsmi Parisin müxtəlif beynəlxalq qurumlar, beynəxalq media çərçivəsində, o cümlədən malik olduğu digər üsullarla Cənubi Qafqaz regionunda bir daha, belə demək mümkünsə, məskunlaşmağa yönələn addımları Ermənistandan alət kimi faydalanmaq planının tərkib hissəsidir:

“Tarixi müstəmləkəçilikdən ibarət olan Fransanın son 30 illik müxtəlif diplomatik-siyasi pərdələrlə bürünmüş siyasi kursu indi aşkara çıxıb. Fransanın başda prezident Emmanuel Makron da olmaqla, bütövlükdə Azərbaycan əleyhinə istiqamətlənən qanunverici hakimiyyəti hökumətin və müxalifətin vahid bir qüvvənin tərkib hissəsi olduğunun, sümürgən imperialist mövqeyində dayandığının təzahürüdür. Fransa təkcə Afrikada yerləşən 14 keçmiş müstəmləkə ölkəsindən “müstəmləkə vergisi” olaraq il ərzində orta hesabla 400-500 milyard dollar qazanc əldə edir”.

Millət vəkili Tural Gəncəliyev isə deyib ki, Fransa dünyada müstəmləkəçilik siyasətini hələ də saxlayan yeganə ölkədir. Onun fikrincə, rəsmi Paris istila etdiyi ərazilərdə mədəniyyətin təhrif olunması və assimilyasiyası ilə məşğul olur:

“Bu konfrans Fransanın XXI əsrdə apardığı müstəmləkə siyasətinin ifşası baxımından çox önəmlidir. Fransa dünyada müstəmləkəçilik siyasətini hələ də saxlayan yeganə ölkədir. Başqalarını insan hüquqlarının pozulmasında ittiham edən Fransa 1873-cü ildən bəri kanak xalqının hüquqlarını pozur. Tarixən bu xalqın azadlıq mübarizəsi amansızlıqla yatırılıb. Rəsmi Paris yerli xalqı quldarlıq rejimində olduğu kimi pulsuz işlətmək siyasəti yürüdür”.

***15:23

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

Globalinfo.az bildirir ki, konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Naisseline Omayra və Milli Məclisin deputatları iştirak edirlər.

Qeyd edək ki, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusunda konfrans keçirilib - FOTO