Milli Məclisdə iki deputatın xatirəsi yad edildi

Ötən dövr ərzində Milli Məclisin həyatında kədərli hadisələr də baş verib.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, iyulun 14-də deputat Madər Musayev dünyasını dəyişib.

Spiker qeyd edib ki, həmçinin sentyabrın 28-də parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da haqq dünyasına qovuşub: “Qənirə Paşayeva Milli Məclisin qanunvericilik və qanunyaratma prosesində yaxından iştirak edib. Məhrum həmkarlarımız haqqında düşünərkən Azərbaycan ziyalılarının nurlu obrazları canlanır”.

Spiker təklif edib ki, Qənirə Paşayeva və Madər Musayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

Qənirə Paşayeva və Madər Musayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.