Milli Məclisdə ictimai dinləmə keçirilir

Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirilir.

Globalinfo.az bildirir ki, dinləmə parlamentin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin təşkilatçılığı ilə baş tutur.

İclasda səhiyyə nazirinin müavini İlqar Qasımov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli, deputatlar, QHT və media nümayəndələri iştirak edirlər.