Milli Məclisdə ictimai dinləmə keçirildi – YENİLƏNİB

Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilib.

Globalinfo.az bildirir ki, ictimai dinləmə parlamentin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitələrinin birgə təşkilatçılığı ilə baş tutub.

Dinləmədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, deputatlar, QHT və media nümayəndələri iştirak ediblər.

Dinləmədə məişət zorakılığı, erkən yaşda evlilik, selektiv abortlar, qadın və uşaq cəzaçəkmə müəssilərindəki vəziyyət, qadın və uşaq problemlərinin qarşısının alınması ilə bağlı gələcəkdə də atılacaq addımlar, həmçinin bu qəbildən olan bir sıra məsələlər müzakirə edilib.

***11:24

Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilir.

Globalinfo.az bildirir ki, ictimai dinləmə parlamentin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitələrinin birgə təşkilatçılığı ilə baş tutur.

Dinləmədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, deputatlar və media nümayəndələri iştirak edirlər.