Milli Məclisdə ali təhsil müzakirə ediləcək

Milli Məclisin yaz sessiyasında “Ali təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Globalinfo.az bildirir ki, bu barədə parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.

Komitənin yaz sessiyası üçün iş planına “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması daxil edilib.