2566157

Xəbər verdiyimiz kimiMilli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynov parlamentdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdiyi üçün VHP vitse-spikerə töhmət verib.

Maraqlıdır, məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyası hansı tədbir görəcək?

Globalinfo.az-ın xəbərinə görə, Parlamentin İntizam Komissiyasının sədr müavini Asim Mollazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Komissiya bununla bağlı heç bir addım atmağı planlaşdırmır:

“Bu, partiyadaxili məsələlərdir, Milli Məclisdəki fəaliyyətə aidiyyəti yoxdur. İntizam Komissiyası təbii ki, heç bir addım atmayacaq”.

Paylaş: