Milli Məclis AP-nin qətnaməsi ilə əlaqədar bəyanat qəbul etdi – YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat müzakirəyə çıxarılıb.

Globalinfo.az bildirir ki, müzakirələrdən sonra bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

***11:53

Milli Məclisin Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanatının layihəsi hazırlanıb.

Globalinfo.az bildirir ki, bəyanatı deputat Tural Gəncəliyev oxuyub.

Bəyanatda bildirilir ki, Milli Məclis 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin qərəzli qətnamə qəbul etməsinə qəti etirazını bildirir: “Xatırladırıq ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Yaxşı olar ki, Avropa Parlamenti daha köklü problemləri ilə məşğul olsun. Qəbul edilən qətnamə islsmafob deputatların təşəbbüsü əsasında hazırlanıb. Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin 20 %-nin 30 ildən çoxdur işğal altında olmasına etinasızlıq göstərən Avropa Parlamentinin qondarma qurumun müdafiəsinə yönələn belə qətnaməni qəbul etməsi separatizmə dəstək verməkdir. Fransa regionda sülhün əldə olmasına başlıca maneəyə çevrilib. Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləməsi müstəmləkəçilik siyasətinin təzahürüdür. Qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdıqdan sonra Avropa Parlamentinin onu dəstəkləməsi siyasi riyakarlıqdan xəbər verir”.

Qeyd edək ki, parlamentdə Milli Məclisin Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanatın layihəsini hazırlamaq üçün komissiya yaradılıb. Komissiyanın sədri Nizami Səfərov, Komissiyanın üzvləri Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev, Razi Nurullayevdir.

***11:25

Milli Məclisdə Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatının hazırlanması üçün komissiya yaradılıb.

Globalinfo.az bildirir ki, komissiyanın sədri deputat Nizami Səfərov təyin edilib.

Komissiyanın üzvləri isə deputatlar Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev və Razi Nurullayevdir.

***11:06

Hazırda Milli Məclisin iclasında Avropa Parlamentinin ötən gün Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə cavab olaraq bəyanat müzakirə olunur.

Globalinfo.az xəbər verir ki, məsələ qanunverici orqanın bu gün keçirilən toplantısının gündəliyinə daxil edilib.

***09:45

Bu gün Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə cavab olaraq bəyanat qəbul edəcək.

Globalinfo.az xəbər verir ki, məsələ parlamentin oktyabrın 6-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 5-də Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib.