Bu gün Globalinfo.az saytının ictimaiyyətə elan edilməsi münasibətilə Milli Məclisin deputatları Arzu Nağıyev, Vüqar İskəndərov və Elşən Musayev redaksiyamızın qonağı olublar.
Arzu Nağıyev Globalinfo.az-ın yenicə fəaliyyətə başlamasına baxmayaraq, artıq maraq doğurduğunu diqqətə çatdırıb. O, saytın tezliklə böyük uğurlara imza atacağına əminliyini ifadə edib.
Digər millət vəkilləri Vüqar İskəndərov və Elşən Musayev də Globalinfo.az saytının kollektivini təbrik edərək uğurlar arzulayıblar.
Turan Rzayev
Globalinfo.az