Milli Məclis Vətən müharibəsinin ildönümü ilə əlaqədar bəyanat yayacaq

Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar bəyanat yayacaq.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin payız sessiyasının sabah keçiriləcək ilk plenar iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatını müzakirə edəcəklər.