Millət vəkili: “Səhəri qara xəbərlə açdıq”

“Bu gün səhəri acı xəbərlə açdıq: qardaş ölkə Türkiyədə güclü zəlzələ baş verib. Son məlumata görə, 1000 nəfərə yaxın insan həlak olub, xeyli insan yaralanıb, evlərini itirib, dağıntılar altında qalıb. Hətta Qaziantepdə tarixi qalanın da dağıldığı bildirilir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

O, türk qardaşlarımızın acısına şərik olduğunu bildirib:

“Türkiyənin acısı bizim acımızdır. Cənab Prezident Türkiyə Prezidentinə zəlzələdə həyatını itirənlərə görə başsağlığı verdi. Eyni zamanda Azərbaycan ilk ölkələrdən oldu ki, qardaş ölkəyə xilasedicilər göndərdi. 370 nəfərdən ibarət qrup artıq Türkiyəyə yola düşüb. Ehtiyac yarandığı təqdirdə yardımın həcmi böyüyəcək”.

Zaira Akifqızı
Globalinfo.az