Deputatın səhhətində problem yarandı, Türkiyəyə aparıldı – ÖZƏL/AÇIQLAMA

***12:51

Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində problem yarandığı iddia edilir.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, deputat ürəyindəki narahatlıq səbəbindən Türkiyədə müalicə alır.

V.Əhmədov saytımıza açıqlamasında Türkiyədə olduğunu təsdiqləyib.

“Hər şey qaydasındadır, ildə bir dəfə buraya müalicəyə gəlirəm”, – o qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az