Azərbaycan Qazaxıstana 3:0 qalib gələrək qrup ikincisi olub

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

C liqasının 3-cü qrupunda yer alan Canni de Byazinin yetirmələri Qazaxıstanı qəbul edib. Son iki matçında qələbə qazanan millimiz qrup qalibini üstələməklə ikinci yeri tutmaq niyyətində idi.

Qonaqların bir saatdan çox azlıqda çıxış etdiyi görüşün ilk yarısında hesab açılmasa da, komandamız fasilədən sonra vurduğu 3 qolla ardıcıl üçüncü qələbəsini qazanıb. Bununla da Azərbaycan yığması qrupu 10 xalla ikinci pillədə başa vurub.

Qrupun digər oyununda Slovakiya ilə Belarus 1:1 hesablı heç-heçə edib.

Millətlər Liqası, VI tur

C liqası, 3-cü qrup

25 sentyabr

20:00. Azərbaycan – Qazaxıstan – 3:0

Qollar: Aleksandr Maroçkin, 67 (avtoqol), Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1

Baş hakim: Harm Osmers

Qırmızı vərəqə: Nuralı Alip, 36

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqverdi, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov (k), 19. Filip Ozobiç,

21. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Rüstəm Əhmədzadə, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral

Bayramov, 18. Anton Krivotsyuk, 20. Musa Qurbanlı, 22. Aleksey İsayev

Baş məşqçi: Canni de Byazi

Qazaxıstan: 12. İqor Şatski, 22. Aleksandr Maroçkin, 3. Nuralı Alip, 21. Marat Bıstrov, 18. Timur Dosmaqambetov, 13. Baqdat Kairov, 5. İslambek Kuat (k), 7. Aslan Darabayev, 10. Elxan

Astanov, 20. Ramazan Orazov, 6. Abılayxan Jumabek

Ehtiyat oyunçular: 1. Bekxan Şayzada, 15. Məhəmmədcan Seysen, 2. Sergey Malıy, 4. Temirlan Yerlanov, 8. Artur Şuşenaçev, 9. Roman Murtazayev, 11. Yan Voroqovski, 14. Samat Jarınbetov,

16. Mixail Qabışev, 17. Abat Aymbetov, 19. Talqat Kusyapov, 23. Adilet Sadıbekov

Baş məşqçi: Məhəmməd Adıyev

Bakı. “Dalğa Arena”

1 Qazaxıstan 6 4 1 1 8-6 13
2 Azərbaycan 6 3 1 2 7-4 10
3 Slovakiya 6 2 1 3 5-6 7
4 Belarus 6 0 3 3 3-7 3