“Milan” öz meydanında darmadağın oldu – VİDEO

İtaliya A seriyasında XX tur davam edir.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, turun maraqlı görüşlərindən biri Milanda baş tutub.

Bu matça qədər son üç oyunda qələbə üzü görməyən şəhərin eyniadlı komandası “Sassuolo” ilə qarşılşamada da 3 xala həsrət qalıb.

Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə xallarının sayını 20-ə yüksəldən “Sassuolo” turnir cədvəlinin 16-cı pilləsinə yüksəlib.

“Milan” isə 38 xalla 4-cü pilləyə geriləyib.