
Sabirabad şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Globalinfo.az-a bildirilib ki, İmişli rayon sakini Samir Hacıyev idarə etdiyi “Ford” markalı mikroavtobusla hərəkətdə olarkən, yolu keçmək istəyən Sabirabad sakini – 1976-cı il təvəllüdlü Ruhiyyə Əliyevanı vurub.
Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.