Mikayıl Müşfiqin Xatirə Muzeyinə gedən körpü uçdu – FOTO

Xızı rayonunda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Xatirə Muzeyinə gedən körpü uçub.

Globalinfo.az-ın xəbərinə görə, sözügedən məsələ ilə əlaqədər Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xızı rayonunun Sayadlar kəndində fəaliyyət göstərən Mikayıl Müşfiqin Xatirə Muzeyinə gediş-gəlişi təmin edən körpü təbii fəlakət nəticəsində yararsız hala düşüb.

“Bu hadisə mədəniyyət müəssisəsinin binasına ziyan vurmayıb”, – sorğuya cavabda qeyd olunub.

Nazirlik yol infrastrukturunun bərpası ilə bağlı müvafiq qurumlar tərəfindən zəruri tədbirlərin görüldüyünü də əlavə edib.

Mikayıl Müşfiqin Xatirə Muzeyinə gedən körpü uçub, binaya ziyan dəyməyib