Mikayıl Cabbarov: “İnfrastruktur obyektlərinin idarə edilməsini səmərəli həyata keçirə bilmirik”

“Biz bir çox infrastruktur obyektlərini tikirik. Lakin onların idarə edilməsini səmərəli həyata keçirə bilmirik”.

Globalinfo.az bildirir ki, “APA-Economics”in xəbərinə görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Özəl investor maraqlı olur ki, işin keyfiyyətli təşkil edilməsi ilə gəlirlərini artırsın”, – deyə nazir vurğulayıb.