Bir neçə Afrika ölkəsində yayılan meymunçiçəyi virusunun daha yoluxucu variantına ilk yoluxma halı İsveçdə qeydə alınıb.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç Xalq Sağlamlığı Təşkilatının baş direktoru vəzifəsini icra edən Olivia Viqzell deyib.
Xəstənin virusa Afrikanın böyük epidemiya olduğu bölgələrdən birində yoluxduğunu bildirilir.