Meyitxanaya yerləşdirilən şəxsin ölmədiyi məlum olub

67d540ca7b48367d540ca7b48417420290020e58de0af247d5d711a24e7db31904cf

Cəlilabad meyitxanasına meyit kimi daxil olan şəxs komatoz vəziyyətdə olub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün Cəlilabad rayon Tahirli kəndi ərazisində baş verib.

Özünü asaraq intihara cəhd edən kənd sakini 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyev Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Əraziyə PPX-nin əməkdaşları cəlb olunub.

Məlum olub ki, özünü asaraq intihar etməyə cəhd göstərən X.Quliyev ölməyib və o, komatoz vəziyyətdədir.

Dərhal X.Quliyev Cəlilabad rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə Xəyal Quliyevə zəruri olan bütün ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.