“Biz Türkiyənin bu münaqişənin həllində məhsuldar rol oynamasını alqışlayırıq”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Türkiyə xarici işlər naziri Hakan Fidanın Bakı səfərinə münasibət bildirərək deyib.
“Biz nazirin münaqişənin həllinin mümkün olması ilə bağlı dedikləri ilə razıyıq və bu məqsədə çatmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyəcəyik”, – deyə ABŞ rəsmisi Türkiyə XİN başçısının “Azərbaycan və Ermənistan arasında sülh Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına müsbət təsir göstərəcək” fikrinə münasibət bildirib.