metro istanbul

İstanbulda bəzi metro və relsli sistemlərin idarə edilməsi İstanbul Böyükşəhər Bələdiyyəsindən alınaraq Nəqliyyat və İnfrastruktur Nazirliyinə verilib.

Globalinfo.az xəbər verir ki, qərar “Resmi Gazete”də dərc olunub.

Qərara əsasən, Kazım Karabəkir-Topağacı-Ümraniye İdman Kəndi Dəmiryol Sistemi Xəttinin tikintisi və idarə olunması üçün məsuliyyət İstanbul Böyükşəhər Bələdiyyəsindən alınaraq Nəqliyyat və İnfrastruktur Nazirliyinə verilib.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: