Meteohəssas insanlara nazirlikdən xəbərdarlıq

Sabah ölkə ərazisində müşahidə olunacaq hava bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 20-də Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.