meta 11

“Meta” 251 milyon avro (təxminən 448 milyon manat) məbləğində cərimələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə İrlandiya Məlumatların Qorunması Komissiyası qərar verib.

Bu, 2018-ci ilin sentyabrında şirkətə bildirilən “şəxsi məlumatların pozulması” ilə bağlı araşdırmaların nəticəsi əsasında verilən qərardır.

Qeyd edək ki, İrlandiya Məlumatların Qorunması Komissiyası Aİ-də fərdi məlumatlarla bağlı şəxslərin əsas hüquqlarını qorumağa cavabdeh olan müstəqil qurumdur.

Paylaş: