Peskov “İrandan cavab gözləyirik” dedi, Tehran açıqladı

İran Prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə BRİKS Media Sammitində Rusiyadakı səfir Kazım Cəlali məlumat yayıb.

“İran İslam Respublikasının Prezidenti hörmətli cənab Pezeşkian Kazanda keçiriləcək sammitdə iştirak edəcək”, – o, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun İran liderinin sammitdə iştirakının diplomatik kanallarla təsdiqlənməsini gözlədikləri barədə sözlərinə şərh verərkən bildirib.

Safura Bənnayeva
Globalinfo.az