Messiyə görə biletlərin qiyməti fantastik dərəcədə artdı – Məbləğ

Lionel Messinin transferi “İnter Mayami”nin oyunları üçün satılan biletlərin qiymətinin ciddi şəkildə artması ilə nəticələnib.

Globalinfo.az fanat.az-a istinadən xəbər verir ki, informasiyanı “SportsLens” yayıb.

Sözügedən MLS təmsilçisinin iyulun 21-də Messinin iştirakı keçirəcəyi ilk ev matçına canlı baxmaq istəyənlər 521 dollar ödəməlidir. Həmin qarşılaşmada Mayami klubu Liqa Kuboku çərçivəsində Meksikanın “Krus Asul” komandasını qəbul edəcək. Argentinalı superulduzun transferinə qədər bu matçın biletlərinin qiyməti 29 dollar idi.

Müqayisə üçün qeyd edək ki, NBA finalının 3-cü qarşılaşmasına – “Mayami Hit” və “Denver Naqqes” görüşünə biletlərin qiyməti 412 dollar təşkil edib.