Messinin “İnter Mayami”dəki maaşı açıqlandı

“İnter Mayami” klubunun argentinalı futbolçusu Lionel Messi bir mövsümdə 19,2 milyon avro qazanır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tempo” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Messi MLS-də ən çox maaş alan futbolçudur.

O, 2023-cü ilin yayında “İnter Mayami”yə keçib.